“İnter Mayami"nin Lionel Messinin adını daşıyan formalarının satışı 2023-cü ildə bir çox Avropa klublarının formalarının satışını üstələyib. Messinin transferindən sonra “Adidas” Amerika klubundan yarım milyon köynək sifarişi alıb. Bu o deməkdir ki, klubun idman formaları “Mançester Yunayted”, “Real”, “Bavariya” və “Arsenal” kimi klubların formalarından daha çox satılıb. Yayılan xəbərə görə, “İnter Mayami”nin formalarının bu qədər populyar olduğu məlum olduqdan sonra Devid Bekhemin komandası üçüncü formanı buraxmaq üçün xüsusi icazə alıb.