Bu gün Türkiyə derbisi var 

Bu gün Türkiyə derbisi var 

Bu gün 2023-cü il Türkiyə Superkubokunun qalibinin adına aydınlıq gələcək. Əsas kubok uğrunda matçda "Qalatasaray" "Fənərbaxça" ilə "Əl-Əvvəl Park"da qarşılaşacaq. Səudiyyə Ərəbistanındakı "Əl-Əvvəl Park" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Oyunun baş hakimi Abdulkadir Bitigen olacaq.  Qeyd edək ki, Oyun kommersiya gəliri məqsədi ilə Səudiyyə Ərəbistanında keçirilir.