Beynəlxalq yarışlarda fərqlənən güləşçilərlə görüş olub
Olimpizm xəbərləri
29.12.2023, 14:57
Bu gün Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti Mikayıl Cabbarov, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və gənclər və idman nazirinin müavini Mariana Vasileva 2023-cü ildə keçirilmiş dünya və Avropa çempionatında, hərbçilərin 36-cı dünya çempionatında yüksək nəticələr əldə etmiş idmançılarla görüşüblər.
AGF-dən verilən məlumata görə, tədbirdə vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmanın inkişafına verdiyi önəm, müxtəlif idman növlərinin tərəqqisi və milli idmançılarımızın yetişdirilməsi Azərbaycanın idman ölkəsi kimi şöhrətini artırır.
Bu sahədə qədim ənənələrə, formalaşmış məktəbə malik güləş xüsusi yer tutur. Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin dəstəyi ilə AGF-nin fəaliyyəti bu idman növünün inkişafını daha da stimullaşdırır, kütləviliyini artırır.
Qeyd edilib ki, 2023-cü il Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam şəkildə bərpası ilə yadda qalıb. İşğaldan azad edilmiş bütün ərazilərimizdə Ali Baş Komandan tərəfindən bayrağımızın ucaldıldığı məhz bu ildə güləşçilərimizin dünya və Avropa çempionatlarında qazandığı uğurlar, beynəlxalq arenalarda əldə olunan qələbələr xalqımız və Azərbaycanın idman ictimaiyyəti üçün ikiqat əlamətdardır.
AGF 2023-cü ildə dünya və Avropa çempionatlarında ən çox medal qazanan idman federasiyası olub. Bu il yunan-Roma güləşi üzrə millimiz tarixdə ilk dəfə dünya çempionu olub. Sərbəst, yunan-Roma və qadın güləşçilərimiz böyüklər arasında dünya çempionatında 2, Avropa çempionatında isə 5 qızıl medal qazanıb.
2024-cü il olimpiada ili olduğu üçün böyük önəm kəsb edir. Olimpiya Oyunlarına mümkün qədər çox lisenziyanın qazanılması, 4-7 apreldə Avropa Olimpiya Təsnifat turnirinin, 20-26 mayda isə U-23 Avropa çempionatının Bakıda yüksək səviyyədə təşkil edilməsi və avqustda Fransada keçiriləcək Paris Yay Olimpiya Oyunlarında qələbələr qazanmaq qarşıda duran əsas hədəflərdir. AGF tərəfindən bütün zəruri tədbirlərin görüləcəyi bildirilib və qarşıdan gələn ildə güləşçilərə və məşqçilərə uğurlar arzulanıb.
Tədbirdə AGF-nin baş katibi Nəsimi Musayev, İcraiyyə Komitəsinin üzvləri Namiq Abdullayev, Fərid Mansurov, yunan-Roma güləşi üzrə milli komandanın baş məşqçisi Aleksandr Tarakanov və sərbəst güləş üzrə milli komandanın baş məşqçisi Xetaq Qazyumov çıxış edərək qazanılan uğurlardan danışıblar.
2023-cü ildə Avropa çempionatlarında 22-si qızıl, 20-si gümüş, 30-u bürünc olmaqla 72 medal, dünya çempionatlarında isə 5-i qızıl, 11-i gümüş və 13-ü bürünc olmaqla 29 medal qazanılıb. Ümumilikdə Avropa və dünya çempionatlarında güləşçilərimiz 101 dəfə (27 qızıl, 31 gümüş, 43 bürünc) fəxri kürsüyə qalxıblar.
Dövlət Sərhəd Xidmətinin təşkilatçılığı ilə bu ilin 29 noyabr – 2 dekabr tarixlərində Bakıda keçirilmiş hərbçilərin 36-cı dünya çempionatında 11 qızıl, 3 gümüş və 7 bürünc medal əldə edilib. Sərbəst güləş millimiz komanda hesabında 1-ci, yunan-Roma və qadın güləşi millilərimiz isə 2-ci yeri tutub.
Ümumilikdə 2023-cü ildə güləşçilərimiz beynəlxalq yarışlarda 267 medal (76 qızıl, 75 gümüş, 116 bürünc) qazanıblar.
Tədbir çərçivəsində hərbçilərin 36-cı dünya çempionatında iştirak etmiş güləşçilər, məşqçilər, hakimlər və digər şəxslər təltif edilib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Azərbaycan ilk dəfə qarüstü polo üzrə Dünya Kubokuna ev sahibliyi edəcək
23.10.2026, 18:36 Gündəm
-
Nenad Laloviç yenidən Dünya Güləş Birliyinin prezidenti seçilib
23.10.2026, 15:53 Güləş
-
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
23.10.2026, 15:42 MOK
-
Əfsanəvi fubol mütəxəssisi Arsen Venger Hövsan Yarış Kompleksində olub
23.10.2026, 14:35 Futbol
-
Basketbol Liqasında IV tura start verilir
23.10.2026, 11:17 Basketbol
-
Millimiz bu gün Polşa komandası ilə qarşılaşacaq
23.10.2026, 10:19 Voleybol
-
Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu adını qazandı
22.10.2026, 20:00 Cüdo
-
Firuddin Qurbanovun 80 illik yubileyi qeyd olunub
22.10.2026, 18:30 Olimpiya dünyası
-
Azərbaycanın güləş milliləri fizioterapistlərlə təmin olunacaq
22.10.2026, 14:51 Güləş
-
Azərbaycan stolüstü tennisçiləri "Riga City Youth Cup 2026" turnirinə qatılacaqlar
22.10.2026, 14:31 Tennis
-
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
22.10.2026, 13:50 MOK
-
10 boksçumuz Avropa çempionatının yarımfinalında
22.10.2026, 10:48 Boks
-
Ədalət təmsilçimiz Avropa çempionatının seçmə oyunlarını idarə edəcək
22.10.2026, 10:31 Voleybol
-
FIFA Bakıda keçiriləcək U-15 dünya çempionatı ilə bağlı paylaşım edib
22.10.2026, 10:18 Futbol
-
Avropa Kuboku: "LANDAU Lions" Danimarka klubuna məğlub oldu
21.10.2026, 23:12 Basketbol
-
Bakıda idman dırmanması üzrə Azərbaycan çempionatı keçiriləcək
21.10.2026, 19:25 Olimpiya dünyası
-
Azərbaycanın üç boksçusu dünya çempionatında qələbə qazanıb
21.10.2026, 11:29 Boks
-
7 boksçumuz Avropa çempionatının növbəti mərhələsində
21.10.2026, 11:23 Boks
-
"Neftçi" bu gün Avropa Kubokunun qrup mərhələsində növbəti oyununa çıxacaq
21.10.2026, 11:05 Basketbol
-
"LANDAU Lions" FIBA Avropa Kubokunda Danimarka komandası ilə qarşılaşacaq
21.10.2026, 10:32 Basketbol
-
UEFA Çempionlar Liqasının III turuna 9 oyunla yekun vurulacaq
21.10.2026, 10:08 Futbol
-
"Neftçi" Avropa Kubokunun növbəti oyununda da məğlub oldu
21.10.2026, 09:37 Basketbol
-
“Qərbi Azərbaycanın idman tarixi” kitabının təqdimatı keçiriləcək
20.10.2026, 20:07 Olimpiya dünyası
-
Milli güləşçimizin irəvanlı pəhləvanı: Firudin Qurbanov - 80
20.10.2026, 15:46 Olimpiya dünyası
-
Azərbaycan Su İdmanı Federasiyasının təmsilçiləri beynəlxalq yarışda ikinci yer tutublar
19.10.2026, 17:11 Su idman növləri
-
Azərbaycanda sumonun inkişaf perspektivləri müzakirə edilib
19.10.2026, 15:54 Olimpiya dünyası
-
Ağırlıqqaldıranımız Avropa birinciliyində 3 medal qazanıb
19.10.2026, 15:47 Ağırlıqqaldırma
-
“Turan Tovuz”dan Premyer Liqada 50-ci məğlubiyyət
19.10.2026, 12:50 Futbol
-
“Judo Club 2012” ilk dəfə Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək
19.10.2026, 12:41 Cüdo
-
Misli Premyer Liqasında tamaşaçı rekordu
19.10.2026, 11:18 Futbol
-
Milli Qəhrəman Pəncəli Teymurovun xatirəsinə güləş turniri keçirilib
19.10.2026, 11:09 Güləş
-
Azərbaycan Basketbol Liqasında daha bir oyun keçiriləcək
19.10.2026, 10:52 Basketbol
-
Azərbaycanın qadın sablyaçılardan ibarət millisi Dünya Kubokunda 4-cü yeri tutub
19.10.2026, 10:34 Olimpiya dünyası
-
Gimnastlarımız Dünya Kuboku seriyalarının qalibi olublar
19.10.2026, 10:03 Gimnastika