Malayziyada Asiya Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib. Püşkün nəticəsinə əsasən Kriştiano Ronaldonun çıxış etdiyi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandası bu ölkənin başqa bir təmsilçisi “Əl-Feyha” ilə üz-üzə gələcək. Braziliyalı Neymarın klubu “Əl-Hilal” (Səudiyyə Ərəbistanı) isə İranın “Sepahan” komandası görüşəcək.
1/8 final mərhələsində qarşılaşacaq cütlüklər:
Qərb (ilk oyunlar 12 və 13 fevral, cavab matçları 19 və 20 fevral)
"Nasaf" (Özbəkistan) - "Əl-Ayn" (Birləşmiş Ərəb Əmirlikləri)
“Əl-Feyha” (Səudiyyə Ərəbistanı) - “Əl-Nəsr” (Səudiyyə Ərəbistanı)
“Sepahan” (İran) - “Əl-Hilal” (Səudiyyə Ərəbistanı)
"Navbahor" (Özbəkistan) - "Əl-İttihad" (Səudiyyə Ərəbistanı)
Şərq (ilk oyunlar 13 və 14 fevral, cavab matçları 20 və 21 fevral)
“Jeonbuk Hyundai Motors” (Cənubi Koreya) - “Pohang Steelers” (Cənubi Koreya)
"Ulsan Hyundai" (Cənubi Koreya) - "Wanfore Kofu" (Yaponiya)
“Şandunq Tayşan” (Çin) - “Kawasaki Frontale” (Yaponiya)
“Banqkok Yunayted” (Tayland) - “Yokohama F.Marinos” (Yaponiya)