“Real” Karlonu buraxmadı

“Real” Karlonu buraxmadı

Madrid “Real”ı italiyalı baş məşqçi Karlo Ancelotti ilə müqaviləni 2026-cı ilin yayına qədər uzadıb. “Relevo” xəbər verir ki, “Los Blankos” Milad bayramından əvvəl 64 yaşlı Ancelotti ilə razılaşmışdı. Qeyd edək ki, italiyalı baş məşqçinin adı Brazilya yığması ilə çəkilirdi.