Ümummilli lider Heydər Əliyevin 100 illiyi və “Heydər Əliyev İli” çərçivəsində 2023-cü il ərzində ölkəmizdə ümumilikdə 64 min 925 nəfərin iştirakı ilə 474 idman tədbiri təşkil olunub. Bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib. Tədbirlərdən 89-u Gənclər və İdman Nazirliyi və idman federasiyaları tərəfindən 32 min 190 nəfərin iştirakı ilə keçirilib. Qalan 385 tədbir isə ölkəmizin müxtəlif regionlarında təşkil olunub və 32 min 735 nəfər iştirakçını əhatə edib. Bundan başqa, respublika üzrə 13 layihə çərçivəsində 81 kütləvi idman tədbiri baş tutub və bu tədbirlərdə 36 min 600 nəfər iştirak edib.