Futbol üzrə Braziliya milli komandası baş məşqçi axtarışlarına davam edir. “Sambaçılar” Karlo Ançelotti ilə maraqlansalar da italiyalı mütəxəssisin daha iki il İspaniyanın “Real” klubunu çalışdıracağı xəbəri cənubi ameriaklıları firindən daşındırıb.
Artıq Braziliya Futbol Federasiyası rəhbərliyi millinin baş məşqçiliyi üçün Luis Felipe Skolari ilə rəsmi danışıqlara başlayıb.
75 yaşlı mütəxəssis daha əvvəl 2001-2002 və 2012-2014-cü illərdə də Braziliya millisini çalışdırıb.