Peşman olan Firmino yenidən Avropaya qayıtmaq istəyir

Peşman olan Firmino yenidən Avropaya qayıtmaq istəyir

Ötən yay İngiltərənin “Liverpul” klubundan Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubuna transfer olunan braziliyalı futbolçu Firmino yenidən Avropaya qayıtmaq istəyir. Ərəb komandasında xoşbəxt olmadığını deyən 32 yaşlı hücumçu Səudiyyə Ərəbistanında oynamağın asan, bu ölkənin həyat tərzinə uyğunlaşmağın isə çətin olduğunu bildirib.

Artıq “sambaçı” ilə “İngiltərənin “Şeffild Yunayted” klubu danışıqlara başlayıb. Transfer qiyməti 10 milyon avro olan futbolçunu “Şeffild Yunayted” klubu ilə yanaşı, həmçinin İngiltərə və Türkiyə komandaları da öz heyətində görmək istəyir.

Qeyd edək ki, “Əl-Əhli”nin heyətində 19 matçda iştirak edən futbolçu bu oyunlarda cəmi üç qolla yadda qalıb.