Argentina millisi Lionel Messi karyerasını bitirdikdən sonra 10 nömrəli formanı əbədiləşdirəcək. TASS xəbər verir ki, bu barədə assosiasiyanın prezidenti Klaudio Tapia məlumat verib.
"Messi milli komanda karyerasını başa vurduqdan sonra 10 nömrəli forma tarixə çevriləcək. Bu Bizim Messi üçün edə biləcəyimiz ən xırda jest olacaq", – deyə Tapia vurğulayıb.
Məlumat üçün bildirək ki, 2022-ci ilin dekabrında Messi Argentina millisinin heyətində dünya çempionu olub. Qətərdə keçirilən turnirdə futbolçu keçirdiyi yeddi yeddi qol vurub və üç məhsuldar ötürmə verib. Ümumilikdə Messi Argentina millisində 180 oyun keçirib və 106 qol vurub. Amerika Kubokunun qalibi (2021) və Olimpiya çempionudur (2006). Futbolçu hazırda MLS-də "İnter Mayami"nin formasını geyinir.