Xəbər verdiyimiz kimi, Türkiyə Superkuboku çərçivəsində Səudiyyə Ərəbistanında keçirilməli olan “Qalatasaray” - Fənərbağça” oyunu təxirə salınıb. Superkubok ilə bağlı verilən qərar və qaydaların 6-cı maddəsinə əsasən, “Qalatasaray” və “Fənərbağça” klubları Türkiyə Futbol Federasiyası ilə Səudiyyə Ərəbistanı səlahiyyətliləri arasında bağlanmış razılaşmadan irəli gələn hər cür təzminat və maliyyə itkisini ödəyəcək. Bu təzminatın 40 milyon dollar olduğu bildirilir.
Qeyd edək ki, təxirə salınan oyunun yeni vaxtı və yeri daha sonra açıqlanacaq.