Səudiyyə Ərəbistanının "Əl İttihad" klubunun hücumçusu Kərim Benzema komandasının son iki məşqindən imtina edib. O, bu gün keçiriləcək "Əl-Taha" ilə matçda forma geyinməyəcək. AS xəbər verir ki, 36 yaşlı futbolçu məşqdə iştirak etməməklə yanaşı, “Əl-İttihad”ın yerləşdiyi Ciddə şəhərini də xəbərsiz tərk edib. Bildirilir ki, fransali hücumçunun Səudiyyə klubunun rəhbərliyi arasında münasibətləri xeyli gərginləşib. Bundan əlavə, Benzema son oyunlarda göstərdiyi oyuna görə “Əl-İttihad” azarkeşləri tərəfindən tənqid atəşinə tutulub.
Benzema da "Əl İttihad"da özünü narahat hiss edir