"Zirə"dən yeni transfer

"Zirə"dən yeni transfer

“Zirə” futbol klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Qəsəbə təmsilçisi Rafael Utziqi heyətinə cəlb edib. Klub rəhbərliyi 27 yaşlkı hücumçu ilə 1,5+1 illik müqavilə imzalayıb.

Braziliyalı futbolçu buna qədər karyerası ərzində ölkəsinin “Foz do İqausu”, “Kaskavel”, “Ypiranqa”, “Parana”, “Sianorçe” klublarının idman şərəfini qoruyub. Ölkəmizdə “Qəbələ”də də çıxış etmiş R.Utziq son olaraq Cənubi Koreyanın “Sunqnam Asan” klubunda çıxış edib.