Braziliya prezidenti Luiz İnasio Lula da Silva futbolçu və məşqçi Mario Zaqallonun vəfatı ilə əlaqədar ölkədə üç günlük matəm elan edib. Bu barədə ölkə başçısı şənbə günü X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində yazıb.
Məlumat üçün bildirək ki, Mario Zaqallo yanvarın 6-da 92 yaşında vəfat edib. Braziliyalı yeganə şəxsdir ki, müxtəlif vəzifələrdə dörd dəfə Dünya Kubokunu qazanıb. O, bu nailiyyətlərə iki dəfə futbolçu (1958, 1962), bir dəfə baş məşqçi (1970) və bir dəfə köməkçi məşqçi (1994) kimi sahib olub.