Mini futbol turniri başa çatıb

Mini futbol turniri başa çatıb

Cəlilabadda 19 komandanın iştirak etdiyi ümumtəhsil məktəblərinin  müəllimləri arasında mini futbol turnirinə yekun vurulub. Turnirin final oyununda şəhər 2 saylı tam orta məktəbin komandası Bəcirəvan kənd tam orta məktəbin komandası ilə üz-üzə gəlib. 2 saylı məktəbin komandası rəqibini məğlub edərək turnirin qalibi adını qazanıb.  

Yarışın qalibləri Lənkəran-Astara Regional Gənclər İdman İdarəsinin kubok, diplom və medalları ilə təltif ediliblər.

Qeyd edək ki, turnir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Cəlilabad rayonu üzrə gənclər və idman sektorunun, eləcə də Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayon sektorunun birgə təşkilatçılığı ilə keçirilib.