AFFA-nın və Azərbaycan Uşaq Gənclər Futbol Federasiyasının birgə təşkilatçılığı ilə Lənkəran şəhərində “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib.
Mərasimdə AFFA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev çıxış edərək layihənin regionlarda və kəndlərdə idmanın,
futbolun inkişafına dair yerinə yetirilməsi istiqamətində atılmış addımların davamı olduğunu deyib, həmçinin belə tədbirlərin digər
regionlarda təşkilini bildirib.
Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti A.Əliyevn, baş katibi A.Xudiyevin, Gənclər və İdman Nazirliyinin
əməkdaşı C.Cahangirzadənin və Cənub Regional Futbol Federasiyasının prezidenti S.Məmmədzadənin iştirak etdiyi tədbirdə
qurum tərəfindən uşaqlara futbola marağı artırmaq məqsədilə idman geyimləri və toplar verilib.
"Kəndlərdə idmanı inkişaf etdirək" layihəsi Lənkəranda