Futbol dünyası daha bir əfsanəni itirdi

Futbol dünyası daha bir əfsanəni itirdi

Futbol tarixinin müdafiəçilər arasında əksər mütəxəssisə görə 1 nömrəsi sayılan, dünya futbolunun rəmzlərindən olan Frans Bekkenbauer 78 yaşında dünyasını dəyişib.

Əfsanəvi futbolçu Almaniya millisinin tərkibində 1974-cü ildə dünya, 1972-ci ildə Avropa çempionatının qalibi olub.

O, həmçinin 5 dəfə Almaniya çempionatının, 3 dəfə ABŞ çempionatının qalibi olub, 4 dəfə Almaniya Kubokunu qazanıb. Çempionlar Kubokunun 3 qat qalibidir. Bir dəfə isə Kuboklar Kuboku və Qitələrarası Kubokun qalibi adını qazanıb.

Frans Bekkenbauer iki dəfə - 1974 və 1976-cı illərdə "Qızıl top" mükafatına sahib çıxıb.