"Barselona"da daha bir itki

"Barselona"da daha bir itki

İspaniyanın “Barselona” klubu daha bir itki ilə üzləşib. Belə ki, kataloniyalıların heyətində bu dəfə İniqo Martinesin zədələnib. 32 yaşlı mərkəz müdafiəçi ötən gün İspaniya Kral Kubokunun 1/16 final mərhələsi çərçivəsində “Barbastro” klubu ilə oyunda zədə ilə üzləşib. O, oyunun 64-cü dəqiqəsində sol budundan  xəsarət alaraq meydanı tərk edib. Futbolçunun Onun yaşıl meydanlara qayıtma tarixi tibbi müayinədən sonra müəyyənləşəcək.