Madrid "Real"ı fransalı PSJ-nin hücumçusu Kilian Mbappeni heyətə cəlb etməyə tələsmir. Relevo xəbər verir ki, «Real» və Mbappenin tam razılığa gəldiyinə dair bütün xəbərlər hər iki tərəfə əlavə təzyiqdir. Qeyd olunur ki, "Real" 2022-ci ildən fərqli olaraq Mbappenin transferini prioritet hesab etmir və onunla müqavilə imzalamaq üçün çox çalışmayacaq. İspaniya nəhənginin Mbappeyə hələ də etibar etmədiyi də bildirilir. Onlar 2022-ci ildə eyni halla üz-üzə qaldıqlarından indi məsələyə soyuq yanaşırlar. Mbappenin "Real"a mümkün transferi ilə bağlı məsələ yaxın həftələrdə nəhayət həllini tapmalıdır.