Niderlandlı keçmiş məşqçisi Quus Hiddinq “Bavariya”nın və Almaniya yığmasının sabiq müdafiəçisi Frans Bekkenbauerin vəfatından kədərləndiyini bildirib. «Frans əla oyunçu və məşqçi, yaxşı insan idi. Onunla bir neçə dəfə görüşmək şərəfinə nail olmuşam. O, bir çoxlarına nümunə olmaqla yanaşı, insanları birləşdirməyi bilən adam idi», - deyə o qeyd edib.