Basketbolçunun avtomobili çəkic altına düşəcək - FOTO

Basketbolçunun avtomobili çəkic altına düşəcək - FOTO

Əfsanəvi basketbolçu Maykl Cordana məxsus 1991-ci il istehsalı olan BMW 850i «Bring a Trailer» onlayn platformasında hərraca çıxarılıb. İlkin məbləği 108,7 min dollar olub.

Qeyd edək ki, avtomobil 1991-ci ildə istehsal edilib. Mayk Cordan onu İllinoys ştatında alıb. Avtomobil altı pilləli transmissiya ilə birləşdirilən 296 at qüvvəli beş litrlik V12 mühərriki ilə idarə olunur. BMW kuzovu «Mauritius Blue Metallic» rəngində tamamlanıb. 2017-ci ildə avtomobildə buraxılış sistemi və mufta dəyişdirilib.

Məlumat üçün bildirək ki, yanvarın 20-dən 28-dək Arizona ştatının Scottsdale şəhərində keçiriləcək «Barrett-Jackson» auksionuna ABŞ-ın keçmiş prezidenti Donald Trampa məxsus nadir «Lamborghini Diablo VT Roadster», eləcə də Arnold Şvarsenneggerin «Mercedes-Benz Unimog U1300» avtomobili daxil olacaq.

Basketbolçunun avtomobili çəkic altına düşəcək - FOTO Basketbolçunun avtomobili çəkic altına düşəcək - FOTO Basketbolçunun avtomobili çəkic altına düşəcək - FOTO Basketbolçunun avtomobili çəkic altına düşəcək - FOTO