İtaliya A Seriyasının klubları və Liqa prezidenti Lorenzo Kasini İtaliya çempionatında çıxış edən komandaların sayının 20-dən 18-ə endirilməsi ilə bağlı qeyri-rəsmi danışıqlar prosesinə başlayıb.
«La Gazzetta dello Sport» xəbər verir ki, liqada komandaların sayının azaldılmasının tərəfdarı olanlar əsasən A Seriyasının aparıcı klubları olub. Onların nümayəndələri turnirin yenilənmiş formatı ilə əlaqədar olaraq turnirdə iştirak edənlərin sayının azaldılması zəruri oduğunu bildiriblər. Avrokuboklar İtaliya çempionatının təqvimini son dərəcə sıxlaşdırır. Lakin bəzi klublar bu tədbirlərə görə müəyyən qədər gəlir itirə biləcəyindən ehtiyat edirlər.
A Seriyasının 14 klubunun bu seçimə qərara səs versə, qərar öz təsdiqini tapacaq.