Sabah Gəncədə AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. Saat 14:30-da başlanacaq toplantının gündəliyinə bir neçə məsələ daxil edilib. Bunlar AFFA-nın Növbəti Hesabat-Seçki Konfransının tarixinin müəyyən edilməsi, aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçisi vəzifəsinə təyinatlarla əlaqədar müzakirə (U-21 istisna olmaqla) və digər məsələlərdir.
AFFA İcraiyyə Komitəsinin iclasında hansı məsələlər müzakirə olunacaq?