Londonun «Çelsi» klubu 26 yaşlı isveçli müdafiəçisi Natali Byorn qadınlardan ibarət komandaya transfer olunub.
O, 2023-cü il dünya çempionatının bürünc və 2020-ci il Olimpiya oyunlarının gümüş mükafatçısıdır. Karyerasına ölkəsində «Vaksala» klubunda başlayan xanım futbolçu 2013-cü ildə «Sirius»da çıxış edib. 2021-ci ilin yayında Natali Evertona köçüb və yerli «Toffees» komandasını formasını geyinib.
Məlumat üçün bildirək ki, "Çelsi"nin qadınlardan ibarət komandası Super Liqanın beşqat, İngiltərə Kubokunun ikiqat qalibi və 2021-ci ildə UEFA Çempionlar Liqasının finalçısıdır.