Superliqanın yaradıcısı, «A22 Sports Management» şirkətinin baş icraçı direktoru Bernd Reyhart hesab edir ki, futbol gənclər arasında öz auditoriyasını itirir.
“Super Liqanın rəqiblərinin fikri ondan ibarətdir ki, sistem onların dediyi kimi işləyir. Mən bununla razılaşmıram. Uzun illərdir ki, televiziya tamaşaçılarından öyrənirəm ki, biz azarkeşləri itiririk. Bu səbəbdən gəncləri yenidən futbola cəlb etməliyik”, - deyə o, «Mundo Deportivo»ya bildirib.
Xatırladaq ki, dekabrın sonunda Bernd Reyhart Super Liqanın layihəni həyata keçirmək üçün 64 klubu heyətinə cəlb edəcəyini bildirmişdi. Daha əvvəl bildirilirdi ki, Super Liqanın 2025-ci ilin sentyabrında başlaması planlaşdırılır. Təşkilatçılar ən azı daha il yarım çalışmaqla, turniri mükəmməl şəkildə keçirməyə çalışırlar.