PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi komandanın hücumçusu Kilian Mbappe ilə bağlı fikirlərini bildirib.“Hər kəsdən Kilianı rahat buraxmağı xahiş edirəm. Mən ona arxayınam. O, heç vaxt kluba qarşı dönük olmayacaq. Mən Mbappeyə güvənirəm. Onu rahat buraxın, biz bir ailəyik. Mən futbolçumuzu qorumaq istəyirəm. Komandanın bütün oyunçuları önəmlidir və indi biz çox həssas dönəmdəyik", - deyə klub prezidenti bildirib.
“Mən Mbappeyə güvənirəm”