“Madrid derbisi”ndə qol yağışı 

“Madrid derbisi”ndə qol yağışı 

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki “Əl Avval Park” stadionunda İspaniya kubokunda yarımfinal matçı keçirilib.

Madrid “Real”ı "Atletiko" ilə üz-üzə gəlib. Oyunda əsas vaxt 3:3 hesabı ilə başa çatıb. Əlavə olunmuş 30 dəqiqə ərzində daha iki top vuran "Kral klubu" finala vəsiqə qazanıb.

Qeyd edək ki, bu gün digər yarımfinal oyunu keçiriləcək. "Barselona"- "Osasuna" cütünün qalibi finalda "Real"a rəqib olacaq.

 

"Real" - "Atletiko" - 5:3 (3:3)

Qollar: Rüdiger, 20. Mendi, 29. Karvaxal, 85. Saviç, 116-öz qapısına.B.Dias, 120+2 – M.Ermoso, 6. Qrizmann, 37. Rüdiger, 78-avtoqol.