Qambiya milli futbol komandasının bir neçə futbolçusu və heyətin üzvləri Afrika Kubokunda iştirak etmək üçün Fil Dişi Sahilinə uçarkən yıxılıblar. “First Mag” portalında yer alan xəbərdə bildirilir ki, onlar oksigen çatışmazlığı səbəbindən huşlarını itiriblər. Bu hadisə təyyarənin ölçüsünün kiçik olması ilə əlaqləndirilir. Hadisədən sonra komanda yenidən Qambiyaya, paytaxt Banjula qayıdıb. Jurnalist Sane Malanq öz sosial şəbəkəsində bildirib ki, komanda yeni və böyük həcmli təyyarə ilə təmin olunub. Artıq yığma komanda paytaxt Fil Dişi Sahilinin paytaxtı Abijana çatıb.
Qeyd edək ki, Qambiya yığması ilk oyununu yanvarın 15-də Seneqal komandasına qarşı keçirəcək.