Türkiyə Kubokunda yeni format

Türkiyə Kubokunda yeni format

Futbol üzrə Türkiyə Kubokunun formatı dəyişdirilib.
Bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Yeni formata əsasən təsnifat və final mərhələləri bir oyundan ibarət olacaq. Belə ki, qrup mərhələsində 24 klub mübarizə aparacaq. Onlar hərəsində 6 komanda olmaqla 4 qrupda yer alacaqlar. İlk iki yeri tutan komandalar 1/4 finala vəsiqə əldə edəcəklər.
Növbəti mövsüm ölkəni avrokuboklarda təmsil edəcək 5 kollektiv birbaşa qrupda yer alacaq. Digər 19 komanda isə seçmə mərhələlərdən sonra iştirak hüququ əldə edəcəklər.
Yeni format 2024/2025 mövsümündən etibarən tətbiq olunacaq.