Ötən gün həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunlarına start verilib. AHF Arenada təşkil olunan turun ilk oyun günündə həm kişilərin, həm də qadınların liqasında bir oyun keçirilib. İlk oyun günündə qadınlar arasında “Bakı” və Gənclər Birliyi” komandaları qarşılaşıb. Matç “Bakı” klubunun qələbəsi ilə başa çatıb -35:25.
Kişilərin mübarizəsində isə “Dinamo” klubu “Azəryol”la üz-üzə gəlib. Oyunun favoriti olan “Azəryol” komandası qarşılaşmadan 24:49 hesablı qələbə ilə ayrılıb.
Qeyd edək ki, tura yanvarın 21-də yekun vurulacaq.