"Barselona"nın baş məşqçisi Xavi "Real"la yanvarın 14-də İspaniya Superkubokunun final oyunu ilə bağlı fikirlərini bölüşüb.
“Biz finalda qalib olmaq üçün mütləq "Real"ı topsuz qoymalıyıq. Əks halda bunun fəsadları ağır ola bilər. Komandam yüksək əhvaldadır. Azarkeşlər əla bir final görüşü, ən əsası "El Klasiko" izləyəcəklər", - deyə o “Marca”ya bildirib.
Xatırladaq ki, “El Klasiko” Ər-Riyadda, “Əl Avval Park” stadionunda keçiriləcək.