Fransalı mütəxəssis Pyer Saje mövsümün sonuna qədər "Lion"un baş məşqçisi olaraq qalacaq. Noyabrın 30-da Saje qeyri-qənaətbəxş nəticələrə görə qovulan Fabio Qrossonu əvəzləyərək "Lion"un müvəqqəti məşqçisi təyin edilmişdi. Onun rəhbərliyi altında komanda Liqa 1-də üç qələbə qazanıb, iki dəfə məğlubiyyətlə üzləşərək, aşağı liqa zonasını tərk edib.
Məlumat üçün bildirək ki, "Lion" 17 turdan sonra Fransa çempionatında 15-ci pillədə qərarlaşıb.