Rusiyalı qılıncoynadanlar Sergey və Violetta Bida, eləcə də Konstantin Loxanov 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etmək üçün ABŞ vətəndaşlığı almaq istəyirlər.
USA Today xəbər verir ki, ABŞ Olimpiya və Paralimpiya Komitəsi (USOPC), eləcə də ABŞ Qılıncoynatma Federasiyası (USA Fencing) Konqresə məktub ünvanlayaraq, rusiyalılara vətəndaşlıq verilməsini xahiş edib.
Qılıncoynadanların vəkili Cek Vayner bildirib ki, o həmkarları ilə birlikdə senator və konqres nümayəndələrinə də müraiciət edib.Vəkilin sözlərinə görə, iyulun 26-da başlayacaq Olimpiya Oyunlarında bu idmançıların ABŞ vətəndaşı kimi iştirak etməsini təmin etmək üçün yuxarı instansiyaların razılığı olmalıdır.
Xatırladaq ki, ötən ilin dekabrında Rusiya Daxili İşlər Nazirliyi ABŞ çempionatında neytral statusda iştirak etmiş qılıncoynadanları - Sergey Bida və onun həyat yoldaşı Violettanı axtarışa vermişdi.