Snuker üzrə yeddiqat dünya çempionu, dünya reytinqinin favoriti Ronni OSullivan Londonda keçirilən Masters-2024 turnirinin ilk yarımfinalçısı olub. 1/4 final qarşılaşmasında OSullivan Barri Hokinsi (dünyanın 15 nömrəsi) 6:3 hesabı ilə məğlub edib.
Ronninin yarımfinaldakı rəqibi Şon Mörfi (dünyanın 6 nömrəsi) Cek Lisovski (dünyanın 16 nömrəsi) oyunun qalibi olacaq.
Qeyd edək ki, bu yarışların hazırkı çempionu Cudd Trampdır. O, titulunu qorumaq üçün 1/4 finalda Əli Karterə (dünya reytinqində 10-cu) qalib gəlməlidir. Məlumat üçün bildirək ki, 2024-cü ilin Masters finalı yanvarın 14-də təşkil olunacaq.