"Barselona"da növbəti itki 

"Barselona"da növbəti itki 

İspaniyanın "Barselona" klubunun futbolçusu Rafinyanın zədə müddəti müəyyənləşib. Oyunçu 1 aylıq müddətə sıradan çıxıb. Onun UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində İtaliyanın "Napoli" klubuna qarşı ilk oyunu buraxacağı gözlənilir.
Qeyd edək ki, Rafinya İspaniya Superkubokunun yarımfinal mərhələsində "Osasuna"ya qarşı oyunda zədələnib.