"Liverpul" rəhbərliyi misirli hücumçu Məhəmməd Salahla yeni müqavilə imzalamağa hazırlaşır. Jurnalist Fransua Platonun sözlərinə görə, tərəflər razılaşmanın detalları ilə bağlı praktiki razılığa gəliblər. Salah isə qərarını Afrika Millətlər Kubokundan sonra verəcək.