"Roma"nın hücumçusu Ola Solbakken karyerasını Yaponiyada davam etdirəcək. O, “Urava Reds”in formasını geyinəcək. Yaponiya klubu 25 yaşlı norveçlini 30 iyun 2024-cü il tarixinə qədər icarəyə götürüb. Məlumat üçün bildirək ki, Solbakken əvvəllər Yunanıstan "Olimpiakos"unda icarə əsasında çıxış edib.