Bu gün start götürəcək Afrika Millətlər Kubokuna ev sahibliyi edən Fil Dişi Sahilinin polisi turnir oyunlarına bilet satanları həbs edəcək. Bu barədə jurnalist Edit Brow Blue X sosial şəbəkəsində (keçmiş Twitter) məlumat verib.
“Polis sizi stadionun ətrafında bilet satarkən yaxalasa, həbs ediləcəksiniz. Risk etməyin!” – deyə Brow Blue yazıb.
Xatırladaq ki, Afrika Kuboku bu gün, yanvarın 13-də başlayır. Turnirin açılış oyununda ev sahibləri Qvineya-Bisau milliləri üz-üzə gələcək. Baş hakimin start fiti Bakı vaxtı ilə saat 00:00-da səslənəcək.