Cədvəldə yalnız Cənubi Koreya və Yaponiyanın adı var

Cədvəldə yalnız Cənubi Koreya və Yaponiyanın adı var

Xəbər verdiyimiz kimi yanvarın 12-də Qətərdə Asiya Kuboku başlayıb. Yarışın qalibi fevralın 10-da müəyyənləşəcək. “Transfermarkt” portal fürsətdən istifadə edib, Kubokda iştirak edən ən bahalı futbolçularının reytinqini dərc edib. Bu siyahıya koreyalı Kim Min Jae və yaponiyalı Takefusa Kubo başçılıq edir. Bundan başqa ilk 11-liyə yalnız Cənubi Koreya və Yaponiya milli komandalarının nümayəndələri düşüb.
“Transfermarkt”a görə Asiya Kubokunun ən bahalı futbolçuları:
1-2. Kim Min Jae (60 milyon avro, Cənubi Koreya).
1-2. Takefusa Kubo (60 milyon avro, Yaponiya).
3-4. Kaoru Mitoma (50 milyon avro, Yaponiya).
3-4. Son Heung-min (50 milyon avro, Cənubi Koreya).
5. Takehiro Tomiyasu (30 milyon avro, Yaponiya).
6-8. Li Kanq-in (22 milyon avro, Cənubi Koreya).
6-8. Hiroki İto (22 milyon avro, Yaponiya).
6-8. Hvanq Hee Çan (22 milyon avro, Cənubi Koreya).
9. Ritsu Doan (18 milyon avro, Yaponiya).
10-11. Ko İtakura (15 milyon avro, Yaponiya).
10-11. Yukinari Suqavara (15 milyon avro, Yaponiya).