Beynəlxalq dərəcəli hakimlərimiz Ernest və Emil Ağakişi qardaşları Avropa Həndbol Federasiyasından (EHF) yeni təyinat alıblar.
Təcrübəli hakimlərimiz qadınlar arasında Avropa Kubokunun 1/8 final mərhələsi çərçivəsində keçiriləcək Şimali Makedoniyanın “Jorçe Petrov” və Çexiyanın “Hazena Kinzvart” komandalarının oyununda ədaləti qoruyacaqlar.
Qarşılaşma yanvarın 13-də Skopye şəhərindəki “Avtokomanda” İdman Zalında təşkil olunacaq.
Ədalət təmsilçilərimizə növbəti etimad