Komandamız İspaniya Kubokunda dördüncü oldu 

Komandamız İspaniya Kubokunda dördüncü oldu 

Yanvarın 13-14-də Azərbaycanın xizək alpinizmi üzrə milli komandası İspaniya Krallığında təşkil olunan İspaniya Kuboku yarışında iştirak edib. İdmançılarımız xizək alpinizminin vertikal növündə öz güclərini sınayıblar. Yarışda milli komandanın üzvü Nəbiyulla Qalabağıyev 30-a yaxın iştirakçı arasında mübarizə apararaq 4-cü yerə sahib olub.

Qeyd edək ki, Azərbaycanın Xizək Alpinizmi üzrə milli komandası İspaniya Kubokundan əvvəl yanvarın 7-13-də Fransanın Flaine bölgəsində təşkil olunan xizək alpinizmi üzrə qitə çempionatında iştirak edərək, yarışın vertikal növü üzrə mübarizə aparıb. Komandanın üzvləri arasında Nəbiyulla Qalabağıyev 30 ölkənin idmançısı ilə yarışaraq 23-cü yerdə qərarlaşıb.