Magistraturaya sənəd qəbulu başlanır
BOK
15.01.2024, 17:17
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən magistraturaya sənəd qəbulu elan edilir.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanda iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. Bakalavr yanvarın 15-dən 29-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (“Şəxsi kabinet”i olmayanlar) ərizə vermək üçün tələb olunan məbləği (50 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir.
Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə ərizə qəbulu müddətində Mərkəzin internet saytının müvafiq səhifəsinə daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir.
Azərbaycan Respublikasında yerləşən ali təhsil müəssisələrini bitirən və Azərbaycan Respublikasının vətəndaşı olan bütün bakalavrlar, həmçinin Elm və Təhsil Nazirliyi tərəfindən verilən ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri olan xarici ölkələrdə ali təhsil almış şəxslər qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu müddətində Mərkəzin rəsmi internet saytında “Bakalavrın elektron ərizəsi”ni doldurmalı və özləri təsdiq etməlidirlər.
Magistraturaya qəbul imtahanı DİM tərəfindən mərkəzləşdirilmiş qaydada bakalavrların ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçirilir.
Qəbul imtahanının (I cəhd) fevralın 11-də keçirilməsi nəzərdə tutulur. İmtahanda bakalavrlara Məntiqi təfəkkürün yoxlanılması üçün 50 (o cümlədən açıq tipli 5), İnformatika üzrə 25 (o cümlədən açıq tipli 5) test tapşırığı, Xarici dil üzrə isə 20 (o cümlədən açıq tipli 2) test tapşırığı və yazı işi (esse) yerinə yetirmək üçün mövzu təqdim olunacaq.
İmtahanda bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir, esse maksimum 5 balla qiymətləndirilir. Beləliklə, imtahanda əldə oluna bilən maksimal nəticə 100 baldır.
Qəbul imtahanında test tapşırıqlarının cavablandırılmasına 3 saat, yazı işini (esseni) yerinə yetirmək üçün isə 30 dəqiqə, cəmi 3 saat 30 dəqiqə vaxt ayrılır. 3 saat bitdikdən sonra bakalavrlardan cavab kartları yığılır və onlara yazı işini yazmaq üçün xüsusi esse vərəqləri paylanılır.
Qəbul elanının tam mətni “Magistr” jurnalının 2-ci sayında dərc olunub. Jurnalı kitab köşklərindən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Azərbaycanın 11 cüdoçusu Əbu-Dabidə "Böyük Dəbilqə" turnirində iştirak edəcək
26.10.2026, 17:41 Cüdo
-
Azərbaycan Velosiped İdmanı Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib
26.10.2026, 15:12 Velosiped
-
Boksçularımız dünya çempionatında 2 medal qazanıblar
26.10.2026, 13:31 Boks
-
Azərbaycan karateçiləri Avropa çempionatında üç medal qazanıblar
26.10.2026, 13:22 Olimpiya dünyası
-
Özbəkistan və Azərbaycanın idman nazirləri Respublika Velotrekində olublar
26.10.2026, 13:11 Velosiped
-
Bakıda 200 -dən çox xanım idmançının iştirakı ilə karate seminarı keçirilib
26.10.2026, 12:58 Olimpiya dünyası
-
Stolüstü tennisçimiz beynəlxalq yarışın mükafatçıları sırasında
26.10.2026, 12:47 Tennis
-
Dünya çempionatında növbəti tarixi uğur
25.10.2026, 21:23 Gündəm
-
Eldəniz Əzizli beşinci dəfə dünya çempionu oldu
25.10.2026, 17:58 Gündəm
-
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib
24.10.2026, 22:45 Gündəm
-
İki güləşçimiz dünya çempionatının finalında
24.10.2026, 20:25 Güləş
-
Bakıda FIFA U-15 dünya çempionatına start verilir
24.10.2026, 10:38 Gündəm
-
Azərbaycan ilk dəfə qarüstü polo üzrə Dünya Kubokuna ev sahibliyi edəcək
23.10.2026, 18:36 Gündəm
-
Nenad Laloviç yenidən Dünya Güləş Birliyinin prezidenti seçilib
23.10.2026, 15:53 Güləş
-
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
23.10.2026, 15:42 MOK
-
Əfsanəvi fubol mütəxəssisi Arsen Venger Hövsan Yarış Kompleksində olub
23.10.2026, 14:35 Futbol
-
Basketbol Liqasında IV tura start verilir
23.10.2026, 11:17 Basketbol
-
Millimiz bu gün Polşa komandası ilə qarşılaşacaq
23.10.2026, 10:19 Voleybol
-
Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu adını qazandı
22.10.2026, 20:00 Cüdo
-
Firuddin Qurbanovun 80 illik yubileyi qeyd olunub
22.10.2026, 18:30 Olimpiya dünyası
-
Azərbaycanın güləş milliləri fizioterapistlərlə təmin olunacaq
22.10.2026, 14:51 Güləş
-
Azərbaycan stolüstü tennisçiləri "Riga City Youth Cup 2026" turnirinə qatılacaqlar
22.10.2026, 14:31 Tennis
-
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
22.10.2026, 13:50 MOK
-
10 boksçumuz Avropa çempionatının yarımfinalında
22.10.2026, 10:48 Boks
-
Ədalət təmsilçimiz Avropa çempionatının seçmə oyunlarını idarə edəcək
22.10.2026, 10:31 Voleybol
-
FIFA Bakıda keçiriləcək U-15 dünya çempionatı ilə bağlı paylaşım edib
22.10.2026, 10:18 Futbol
-
Avropa Kuboku: "LANDAU Lions" Danimarka klubuna məğlub oldu
21.10.2026, 23:12 Basketbol
-
Bakıda idman dırmanması üzrə Azərbaycan çempionatı keçiriləcək
21.10.2026, 19:25 Olimpiya dünyası
-
Azərbaycanın üç boksçusu dünya çempionatında qələbə qazanıb
21.10.2026, 11:29 Boks
-
7 boksçumuz Avropa çempionatının növbəti mərhələsində
21.10.2026, 11:23 Boks
-
"Neftçi" bu gün Avropa Kubokunun qrup mərhələsində növbəti oyununa çıxacaq
21.10.2026, 11:05 Basketbol
-
"LANDAU Lions" FIBA Avropa Kubokunda Danimarka komandası ilə qarşılaşacaq
21.10.2026, 10:32 Basketbol
-
UEFA Çempionlar Liqasının III turuna 9 oyunla yekun vurulacaq
21.10.2026, 10:08 Futbol
-
"Neftçi" Avropa Kubokunun növbəti oyununda da məğlub oldu
21.10.2026, 09:37 Basketbol