Bu gün "The Best FİFA Football Awards" mükafatlandırılma mərasimi keçiriləcək. İngiltərənin paytaxtı Londonda təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
"The Best" mükafatı 2023-cü ilin ən yaxşılarına veriləcək. Mərasimdə 7 nominasiya üzrə mükafat təqdim olunacaq.
FİFA daha əvvəl səsvermənin final mərhələsi üçün namizədləri açıqlamışdı. Səsvermədə milli komandaların baş məşqçiləri, kapitanlar, jurnalistlər və azarkeşlər iştirak edib.
7 fərqli kateqoriyada finala qalan namizədlər adları:
İlin ən yaxşı kişi futbolçusu
Erlinq Haaland - "Mançester Siti" (Norveç)
Kilian Mbappe - PSJ (Fransa)
Lionel Messi - "İnter Mayami" (Argentina)
İlin ən yaxşı qadın futbolçusu
Aitana Bonmati - "Barselona" (İspaniya)
Linda Kaysedo - "Real" (Kolumbiya) )
Cennifer Hermoso - "Tiqres" (İspaniya)
Puşkas Mükafatı
Xulio Ensiso - "Brayton" (Paraqvay)
Qilyermo Madruqa - "Botafoqo" (Braziliya)
Nuno Santos - "Sportinq" (Portuqaliya)
Kişilərdən ibarət komandalar üzrə ilin ən yaxşı məşqçisi
Xosep Qvardiola - "Mançester Siti" (İspaniya)
Simone İnzaqi - "İnter" (İtaliya)
Luçano Spalletti - İtaliya millisi (İtaliya)
Qadınlardan ibarət komandalar üzrə ilin məşqçisi
Conatan Giraldez - "Barselona" (İspaniya)
Emma Hayes - "Çelsi"(İngiltərə)
Sarina Vicmen - İngiltərə millisi (Qadınlar)
İlin ən yaxşı kişi qapıçısı
Yasin Bunu - "Sevilya/"Əl-İttihad (Kanada)
Tibo Kurtua - "Real" (Belçika)
Ederson - "Mançester Siti" (Braziliya)
İlin ən yaxşı qadın qapıçısı
Makkenzie Arnold - "Vest Hem" (Avstraliya)
Katalina Koll - "Barselona" (İspaniya)
Meri Örps - "Mançester Yunayted" (İngiltərə)