Paytaxtımız olimpiadaya təsnifat xarakterli yarışa ev sahibliyi edəcək

Paytaxtımız olimpiadaya təsnifat xarakterli yarışa ev sahibliyi edəcək

Bakıda Paris-2024 Yay Olimpiya Oyunlarına təsnifat xarakterli badminton yarışı keçiriləcək.

Azərbaycan Badminton Federasiyasından verilən məlumata görə, “Azerbaijan International 2024” Bakı İdman Sarayında təşkil olunacaq.

Fevralın 8-dən 11-dək keçiriləcək yarışda dünyanın müxtəlif ölkələrindən olan badmintonçular öz bacarıqlarını nümayiş etdirəcəklər.