"Barselona"sının baş məşqçisi Xavi İspaniya Superkubokunun finalında Madrid «Real»ı ilə görüşdə böyük hesablı məğlubiyyətə (1:4) görə azarkeşlərdən üzr istəyib.
"Bu turnirə böyük ümidlər bəsləyirdik. Lakin ən pis oyunumuzu oynadıq. İlk dəqiqələrdən oyunda təşəbbüsü əldən verdik. Sonradan geridönüş edə bilərdik. Onlar həmişəki kimi əks-hücumlarda çox təhlükəli idilər. Azarkeşlərdən üzr istəyirəm. Mən də futbolçu karyeramda çoxlu məğlubiyyətlər yaşamışam. Amma sonrda məqsədimə çatmışam. “Barsa geri qayıdacaq”» - deyə Xavi Marca nəşrinə bildirib.