"Mançester Yunayted"in müdafiəçisi Rafael Varan komanda ilə müqaviləsini artırmaq istəyir. Futbolçu agentlərinə komandada qalmaq fikrində olduğunu bildirib.
Məlumat üçn bildirək ki, fransalı futbolçu bir müddət əvvəl "Mançester Yunayted"lə yollarını ayırmaq isədiyini diqqətə çatdırmışdı. Onun hazırkı müqaviləsi bu ilin yayında başa çatır.
30 yaşlı Varan bu mövsüm müdafiəçi Premyer Liqada 12 oyun keçirib, cəmi 1 qol vurub.