İngiltərənin London şəhərində FİFA-nın "The Best” mükafatlarının qaliblərə təqdim olunması mərasimi keçirilib.
2023-cü ilin nəticələrinə əsasən ən yaxşı kişi futbolçu ABŞ-nin "İnter" (Mayami) klubunun argentinalı ulduzu Lionel Messi, qadın futbolçusu isə İspaniya yığması ilə dünya çempionu və "Barselona" ilə UEFA Çempionlar Liqasını qazanmış Aytana Bonmati seçiliblər. «Ən yaxşı kişi futbolçu»nun özü tədbirdə iştirak etməyib.
Ən yaxşı kişi futbolçu
Lionel Messi ("İnter" (Mayami) / Argentina)
Ən yaxşı qadın futbolçu
Aytana Bonmati ("Barselona”, İspaniya)
Ən yaxşı kişi baş məşqçi
Xosep Quardiola ("Mançester Siti” / İspaniya)
Ən yaxşı qadın baş məşqçi
Sarina Viqman (İngiltərə millisi / İngiltərə)
Ən yaxşı kişi qapıçı
Ederson ("Mançester Siti” / Braziliya)
Ən yaxşı qadın qapıçı
Meri Örps ("Mançester Yunayted” / İngiltərə)
Fair Play mükafatı
Braziliya milli komandası
"Puşkaş mükafatı”
Gilyerme Madruqa - "Botafoqo”nun heyətində "Novorizontino”ya vurduğu qol
"Ən yaxşı azarkeş” mükafatı
Huqo Daniel (Argentinanın "Kolon" klubunun azarkeşi. Oyun zamanı tribunada qucağında körpə uşağını qidalandırması ilə seçilib)
"İlin rəmzi komandası”
Qapıçı: Tibo Kurtua
Müdafiəçilər: Kayl Uolker, Con Stounz, Ruben Diaş
Yarımmüdafiəçilər: Bernardu Silva, Kevin De Brüyne, Cud Bellingem
Hücumçular: Lionel Messi, Erlinq Haaland, Kilian Mbappe, Vinisius Junior.