Milanın "İnter" klubunun vitse-prezidenti Xavyer Zanetti portuqaliyalı baş məşqçi Joze Mourinyonun "Roma"dakı işindən istefa verməsi ilə bağlı fikirlərini bildirib. "Mənim Mourinoyo ilə əla münasibətim var. Çox təəssüf ki, o, komandanı tərk etdi. Mən onun xarakterini yaxşı bilirəm. O, əsl peşəkardır. O, həqiqətən də "Roma" ilə böyük uğurlar qazanmaq istəyirdi", - deyə TMW Zanettidən sitat gətirib.