Ötən gün “Roma” ilə yolları ayrılan portuqaliyalı baş məşqçi Joze Mourinyo sosial şəbəkələrdə bu barədə açıqlama verib. "Tər, qan, göz yaşı, sevinc, kədər, sevgi, qardaşlar, tarix, ürək, əbədiyyət" -deyə yazan Mourinyo haqqında danışılanlara eyham vurub.
Məlumat üçün bildirək ki, 2023/2024 mövsümünün İtaliya çempionatının 20 turundan sonra "canavarlar" 29 xal toplayaraq 9-cu pillədə qərarlaşıb. Portuqaliyalı baş məşqçi 2021-ci ilin yayından «Roma» klubunu çalışdırıb. Onun dövründə İtaliya təmsilçisi 2021/2022 mövsümündə Konfrans Liqasının qalibi olub. 2022/2023 mövsümündə “canavarlar” Avropa Liqasının finalına yüksəlib. Portuqaliyalı mütəxəssisin rəhbərliyi altında "Roma" ümumilikdə 96 oyun keçirib. Bu görüşlərdə komanda 44 dəfə qalib gəlib. 23 dəfə heç-heçə edi, 29 oyunda isə məğlubiyyətlə üzləşib.