"Kral klubu" yazılı zəmanət tələb edir

"Kral klubu" yazılı zəmanət tələb edir

​Madrid "Real"ı PSJ-nin hücumçusu Kilian Mbappedən "Kral klubu"na keçmək üçün yazılı zəmanət tələb edir. LEquipe xəbər verir ki, Madrid klubu bu yolla 2022-ci ildə Mbappenin transferlə bağlı yalnız şifahi razılıq əldə etdiyi, lakin onun son məqamda PSJ ilə müqaviləsini uzatdığından dərs götürüb. Qaydaya əsasən futbolçu ictimaiyyətə açıqlama verməzdən əvvəl "Real"a keçmək qərarını yazılı şəkildə təsdiq etməlidir.

Məlumat üçün bildirək ki, Mbappenin Paris klubu ilə müqaviləsi 2024-cü ilin iyununda başa çatır. Madrid "Real"ı 25 yaşlı hücumçunu yayda azad agent kimi transfer etmək niyyətindədir. "Transfermarkt" fransalı futbolçunu 180 milyon avro qiymətləndirir. Bu mövsüm Mbappe 25 oyun keçirib, 26 qol vurub və 4 məhsuldar ötürmə edib.