Azərbaycanlı nümayəndə Avropa Kubokuna təyinat alıb 

Azərbaycanlı nümayəndə Avropa Kubokuna təyinat alıb 

Azərbaycan Həndbol Federasiyasının (AHF) İdman şöbəsinin müdiri İsgəndər Əsgərov növbəti təyinat alıb.
Təcrübəli mütəxəssis qadın həndbolçuların Avropa Kubokunun 1/8 final mərhələsində  Türkiyənin “Armada Praksis Yalıkavaspor” və “Ankara Yenimahalle” klubları arasında keçiriləcək cavab qarşılaşmasında Avropa Həndbol Federasiyasının (EHF)  nümayəndəsi olacaq.
Yanvarın 20-də Bodrumda təşkil olunacaq oyunu Albaniyadan olan hakimlər briqadası idarə edəcək.